Nida Xəbər
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
“Hüriyyet” qəzetinin köşə yazarı Fatih Çekirge BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səbəbilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycana səfərə gəlib.
Publika.az xəbər verir ki, jurnalistin Bakı səfəri zamanı ona “Xarı Bülbül” yaxa nişanı hədiyyə edilib.
Bu hədiyyədən duyğulanan yazar səfər təəssüratlarını "Hürriyyet" oxucuları ilə bölüşüb:
“Rəcəb Tayyib Ərdoğanla getdiyimiz Azərbaycanda belə bir sürprizlə qarşılaşdım. Bu, karyeramın bütün illərində heç vaxt yaşamadığım emosional duyğudur. Qürur, sürpriz, xoşbəxtlik... Hamısı bir yerdə. İqlim sammiti üçün buradayıq. Bakıda dünyanın müxtəlif ölkələrindən 70 minə yaxın ziyarətçi var. Otellər doludur.
Bizi Xəzər dənizinin sahilində, hələ tikilməkdə olan nəhəng ərazidə salınmış tətil şəhərciyinə aparırlar. Möhtəşəm bir təşkilatçılıq.
Qalacağım otelə gəlirəm. Müxtəlif ölkələrdən jurnalistlər, nümayəndə heyətləri, rəsmilər gözləyir. Qapıdakı səlahiyyətli ilk olaraq ingiliscə kim olduğumu soruşur.

“Qardaş, mən Türkiyədən gəlirəm” deyəndə bir anlıq susur.
"Adınız nədir?"
“Fatih Çekirge”
Səlahiyyətli yerindən qalxır: “Hörmətli qardaşım. Bir az gözləyə bilərsiniz?" deyir.
Mən təəccüblənirəm. Bu arada düşünürəm ki, başqa ölkəyə gəlib öz dilində danışmaq necə də gözəldir. Və səlahiyyətli şəxs bir qutu gətirir.
Pencəyinin düymələrini bağlayaraq qarşıma gəlir. Və ətrafındakıların heyrət dolu baxışları arasında bir az ucadan deyir:
“Fatih bəy, sizə rəhbərlikdən çox mühüm bir hədiyyə gəlib. Siz Azərbaycan xalqı və dövləti üçün çox dəyərli bir iş görmüsünüz. Aydındır ki, rəhbərlikdən sizi çox sevirlər. Ona görə də sizə bu “Xarı Bülbül” gülünün yaxa nişanını göndərdilər”.
Həmin şəxs böyük bir ciddiliklə qutunu açır.
Və mənə “Xarı Bülbül” nişanını göstərir.

Mən hələ də məəttəl qalmışam. Ətrafımdakılar da. Soruşuram:
- Niyə bu nişan mənim üçündür? Əminsiniz?
- Siz Fatih Çekirge deyilsiniz?
- Bəli...
- Onda bu sizin üçündür. Rəhbərlikdən göndərdilər. Gecə gətirdilər. Fatih Çekirgeyə verin dedilər. Aydındır ki, siz çox dəyərli insansınız. Bu, dəyərli bir nişandır.
Bəli, təəccüblənirəm. Fəxr edirəm. Heyrətamiz duyğular bürüyüb daxilimi.
Təşəkkür edirəm".
Roza Şəfiyeva
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyə baxımından yüksəliş dövrü başlayır
-
İdman01:20Qurban Qurbanov: Düzgün, geniş şərhi prezidentimiz verdi
-
İdman00:50Dennis Şmidt “Qarabağ”a məğlubiyyəti belə şərh etdi: Sehirbaz deyilik...
-
İdman00:25Bəhlul Mustafazadə tarixə düşdü
-
İdman21 Yanvar 23:41"Qarabağ"dan möhtəşəm qələbə - VİDEO/YENİLƏNDİ
-
Hadisə21 Yanvar 23:31Bakıda çoxmərtəbəli binada YANĞIN oldu
-
Elm və təhsil21 Yanvar 20:05Qara görə dərsə getməyən şagirdlərlə bağlı qərar - RƏSMİ
-
İdman21 Yanvar 20:00"Ayntraxt" "Qarabağ"la oyun öncəsi görün nə paylaşdı - VİDEO


















.jpg)



.jpg)











