İdman
Bellinqem spirtli içkiyə qurşanıb? - Dostu deyir ki…
“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono Cude Bellinqemin spirtli içki problemi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Publika.az xəbər verir ki, daha əvvəl ispan YouTuber AuronPlay “Real Madrid”in yarımmüdafiəçisinin spirtli içki problemi olduğunu iddia etmişdi: “İspaniyada Bellinqemin getmədiyi bir klub yoxdur. O, spirtli içkiləri çox sevir. Məşq zamanı ondan tər əvəzinə rom axır”.
Bellinqem Çempionlar Liqasında “Monako” ilə oyunda (6:1) qol vurub və onu əllərində bakal tutubmuş kimi qeyd edib.
“İş ondadır ki, bu çətindir. İnsanların dediyi bəzi şeyləri eşitmək çətindir. Cud səhər 9:30-dan axşam 18:00-a qədər məşq meydançasında olan oğlandır. Mən onun dostuyam və onunla çox maraqlanıram. O, “Real”la, işi ilə yaşayan və nəfəs alan böyük ürəyi olan bir insandır.
Aydındır ki, bu, ona zərər verə bilər. Mən həqiqətən onun bayram zamanı nə etdiyini bilmirəm; bunu görmədim, amma o, çox güclü xarakterə malik inanılmaz insandır”, – Mastantuono deyib.
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son





































