Nida Xəbər
Yeni hakimlər and içdilər - Fotolar
Noyabrın 20-də Ali Məhkəmənin plenumunun növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 2024-cü il 19 noyabr tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub.
Daha sonra yeni təyin olunmuş hakimlər Cavanşir Nəbiyev və Aytəkin İbrahimova çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.





-
Sosial18:36“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı






.jpg)





























.jpg)

.jpg)