Nida Xəbər
Berbokun Azərbaycana qarşı ittihamları qəbuledilməzdir - Hikmət Hacıyev
COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.
“Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.
Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.
O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.
Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.
-
Hadisə08:55Şamaxıda 3,8 bal gücündə ZƏLZƏLƏ OLDU
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO
-
Magazin202:12“Victoria’s Secret”in mələyi jurnalın üz qabığı üçün soyundu - FOTO









.jpg)




























