Nida Xəbər
Rusiya səfirindən sülh müqaviləsi ilə bağlı vacib açıqlama: Moskva istəyir ki...
Rusiya Ermənistanla Azərbaycan arasında davamlı sülhün tezliklə bərqərar olmasında maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "İzvestiya"ya müsahibəsində bildirib.
“Region üçün taleyüklü olan bu sənədin tərəflərdən heç biri üçün “acı dad” vermədən bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslanması vacibdir. Biz aydın görürük ki, İrəvanla Bakı arasında qarşılıqlı məqbul kompromislərə nail olmaq, SSRİ-nin dağılmasından sonrakı hadisələri nəzərə alsaq, çətin və vaxt aparan prosesdir.
Moskva hər zaman Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusunun ruhuna və hərfinə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımıza yardım göstərməyə hazırdır. Bu cür yardımın formaları və həcmini danışıqlar aparan tərəflər özləri seçməlidirlər.
Bu baxımdan biz şadıq ki, oktyabrın 24-də Kazanda keçirilən BRİKS sammitində Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə məhsuldar təmaslar baş tutub və bu, münasibətlərin normallaşması üzrə dialoqa faydalı təkan verməyə imkan verib”, - səfir bildirib.
Tural
-
Magazin106:16"Onu itirsəm, yaşaya bilmərəm"
-
Səhiyyə05:45Həkim evdə qripi yüngülləşdirməyin yollarını göstərsi
-
ABŞ02:12Con Kennedinin nəvəsinin ölüm xəbəri yayıldı
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bəxtiniz bu gün çox gətirəcək
-
Art00:00“10 aydır ki, qızlarım yuxu yatmır”
-
İdman30 Dekabr 23:48"Traktor" futbol klubu ətrafında nə baş verir? - VİDEO
-
Hadisə30 Dekabr 22:24Qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
-
Magazin230 Dekabr 22:00Sosial media fenomeni hava limanında SAXLANILDI





























.jpg)







.jpg)
