Avropa
İlin ən böyük bank soyğunu baş verdi
Almaniyanın Gelzenkirxen şəhərində 34 milyon avro dəyərində böyük bank soyğunu baş verib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
"Almaniya ilin sonunda böyük bir soyğunçuluq hadisəsini müzakirə edir. Soyğunçular bir ofisin divarında böyük bir dəlik açıb birbaşa Gelzenkirxendəki bankın seyfi olan otağa daxil olublar", - qəzet yazıb.
Oğrular seyflərdən əllərindən gələn hər şeyi oğurlayıb qaçıblar. Bankın 2700 müştəriyə icarəyə verilən müxtəlif ölçülü 3300 seyfi var. Hər seyf 10300 avroya qədər sığortalanıb.
Nəşr hesablayıb ki, bütün seyflər dolu olarsa və nəticədə hamısı qarət olunarsa, sığorta itkiləri təxminən 34 milyon avroya bərabər ola bilər.
Həmçinin bildirilib ki, bazar ertəsindən bəri ən azı 200 müştəri istintaqın gedişatı və təklif olunan kompensasiya ilə bağlı izahat tələb edərək bankın qarşısında toplaşıb, lakin bank rəhbərliyi əməkdaşlıq etməkdən imtina edib. Hadisənin gərginləşməsinin qarşısını almaq üçün polis hadisə yerində növbədədir.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)










