Nida Xəbər
Sahibə Qafarova Çavuşoğlu ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, tərəflər yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.
Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanların və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, iki ölkəyə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərin əməkdaşlığı olduqca vacibdir.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısı Azərbaycanın qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.
Görüşdə regionda mövcud olan vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb.
Həmçinin Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlər səsləndirilib.
-
Qoroskop01:40Günün ulduz falı: Gələcək planlarınızda daha cəsarətli olun!
-
Dünya00:55Netanyahu İranı HƏDƏLƏDİ
-
Hadisə00:35Anar Məmmədxanovun ailəsinə AĞIR İTKİ
-
Hadisə22 Dekabr 20:48Azərbaycanda hakim dəhşətli yol qəzasında öldü - FOTO
-
Region22 Dekabr 20:24Türkiyə rəsmən açıqladı: İstanbul-İrəvan-İstanbul uçuşları bu tarixdən başlayır
-
MDB22 Dekabr 20:00Paşinyan Putin ilə görüşündə Azərbaycanla sülhdən danışdı - YENİLƏNDİ
-
Magazin122 Dekabr 18:40Röya Şəbnəm Tovuzlunu səhnədən qovdu - VİDEO
-
Rəsmi xronika22 Dekabr 17:00ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi








.jpg)
















