MDB
Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
Rusiya bu ilin sonunadək kosmosa nüvə silahı yerləşdirə bilər. Qərb kəşfiyyatının əldə etdiyi məlumatlar NATO ölkələrində ciddi narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” qəzeti birgə araşdırma yayıblar.
Araşdırma Qərb ölkələrinin kəşfiyyat xidmətlərindən, Almaniya ordusundakı və Federal Kəşfiyyat Xidmətindəki mənbələrdən əldə edilmiş məlumatlara əsaslanır.
Bildirilir ki, bir sıra NATO ölkələri bu məlumatları öz aralarında bölüşüblər. Almaniya hökuməti, o cümlədən müdafiə naziri Boris Pistorius da mümkün təhlükə barədə məlumatlandırılıb.
Moskva yaxınlığında saxlanılan sirli peyk
“Deutsche Welle”nin məlumatına görə, söhbət Rusiyanın “Sputnik-S” adlı məxfi layihəsindən gedir.
Kosmik aparatın bir neçə il əvvəl hazırlandığı və o vaxtdan Moskva yaxınlığında saxlanıldığı bildirilir. Aparatın 60 gün ərzində orbitə çıxarılmasının mümkün olduğu qeyd edilir.
Almaniya ordusunun Kosmik Komandanlığının qiymətləndirməsinə görə, peyk artıq dekabr ayında orbitə buraxıla bilər.
Kosmosda nüvə partlayışı hansı nəticələrə səbəb ola bilər?
Almaniya mediası yazır ki, nüvə başlığı daşıyan aparatın kosmosda partladılması çoxsaylı peykləri sıradan çıxara və orbitdə böyük dağıntı buludu yarada bilər.
Bu isə Yer kürəsində təkcə hərbi deyil, mülki rabitə, naviqasiya və digər mühüm sistemlərin fəaliyyətində ciddi problemlərə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ mediası hələ 2024-cü ildə Vaşinqtonun Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək üzərində işləməsindən narahat olduğunu yazmışdı.
Almaniya Müdafiə Nazirliyi yayılan məlumatları rəsmi şəkildə şərh etməkdən imtina edib.
Rusiyanın Berlindəki səfirliyi isə iddiaları təkzib edərək onları “əsassız” və “təbliğat kampaniyasının tərkib hissəsi” adlandırıb. Rusiya diplomatları ölkənin kosmik layihələrinin beynəlxalq öhdəliklərə uyğun həyata keçirildiyini və yalnız dinc məqsədlərə xidmət etdiyini bildiriblər. (Musavat.com)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)











