Seneqalın çempionluğu əlindən alınır: Məhkəmə Mərakeşin xeyrinə qərar verib
Bizi izləyin

İdman

Seneqalın çempionluğu əlindən alınır: Məhkəmə Mərakeşin xeyrinə qərar verib

Seneqalın çempionluğu əlindən alınır: Məhkəmə Mərakeşin xeyrinə qərar verib

İdman Arbitraj Məhkəməsi (CAS) bu gün, 2025-ci il Afrika Millətlər Kuboku finalının qalibi ilə bağlı Mərakeş milli komandasının xeyrinə qərar verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Marca" öz mənbələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, hakim Jan-Jak Nqambo Ndala final oyununun 90+9-cu dəqiqəsində Seneqalın qapısına penalti təyin etmişdi. Etiraz olaraq, seneqallı oyunçular meydanı tərk etdilər. Fasilə 15 dəqiqədən çox davam etdi. Daha sonra Seneqalın kapitan Sadio Mane komanda yoldaşlarını meydana qayıtmağa razı saldı.

Mərakeşli hücumçu Brahim Dias 90+23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi.

Daha sonra seneqallı yarımmüdafiəçi Pape Queye oyunun yeganə qolunu vurdu.

Amma mart ayında CAF Apelyasiya Komitəsi Seneqala texniki məğlubiyyət verdi və Mərakeşi çempion elan etdi.

Seneqal bu qərardan CAS-a şikayət edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm