Nida Xəbər
Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi TÜRKİYƏDƏ AÇILDI
İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı olub.
Publika.az xəbər verir ki, Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxışı edən QAİ Türkiyə təmsilçisi Asif Qurban bunun icmanın Azərbaycandan kənarda açılan ilk ofisi olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, bu insanların tarixi vətənlərinə ləyaqətli qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını deyib. O, yeni yaradılan ofisin qarşısında duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan akademik konfranslar, simpoziumlar və digər fəaliyyət istiqamətləri barədə məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycana qarşı aparılan demoqrafiyanın dəyişdirilməsi siyasəti haqqında geniş məlumat verib, bunun davamında XX əsrdə Ermənistanın məqsədyönlü siyasəti ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin salındığını vurğulayıb. Səfir, bir sıra dövlətlərin Azərbaycana qarşı siyasətində önə çıxan ikili standartlara diqqət çəkərək, Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması hüququna etinasız yanaşmanın yolverilməz olduğunu qeyd edib. O, Ümummilli Lider Heydər Əliyevin anım günü kimi önəmli bir tarixdə açılışı həyata keçirilən QAİ-nin Türkiyə təmsilçiliyinin Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında fəal rol oynayacağına ümidvar olduğunu deyib.
Qeyd edək ki, QAİ Türkiyə ofisinin rəhbəri, əslən Qərbi Azərbaycanın Hamamlı mahalının Saral kəndindən olan Asif Qurban 31 ildir ki, İzmirdə yaşayır və bir çox qeyri-hökumət təşkilatlarına rəhbərlik edib.
Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır.
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı







































