İdman
Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
İctimaiyyət arasında "Daltonlar" kimi tanınan cinayət qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində təşkilatın tanınmış simalarından daha biri ələ keçirilib.
Publika.az xəbər verir ki, "Dalton İntizar" ləqəbi ilə tanınan MMA döyüşçüsü İntizar Babaniyazov Azərbaycanda saxlanıldıqdan sonra Türkiyəyə aparılıb.
Türkmənistan vətəndaşı olan Babaniyazovun müxtəlif xarici GSM nömrələri vasitəsilə vətəndaşlara zəng edərək pul tələb etdiyi, tələbləri yerinə yetirilmədikdə isə iş yerlərinə silahlı hücumlar təşkil etdiyi iddia olunur.
İstanbula gətirilən Babaniyazovun polis bölməsindəki dindirilməsi zamanı onun 2 hədə-qorxu və 4 silahlı basqın olmaqla, ümumilikdə 6 ayrı cinayət əməlində iştirak etdiyi müəyyən edilib. Şübhəlinin adının Serdar Öktem qətlində də hallandığı iddia edilir.
Polis bölməsindəki prosedurları başa çatan Babaniyazov prokurorluq tərəfindən dindirildikdən sonra hakim qarşısına çıxarılıb. Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib. (Oxu.az)
-
İdman20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır








.webp)












.jpg)










.jpg)


