İdman
Qardaşının ölümünə görə karyerasını bitirən futbolçu: Hələ də bunu tam dərk edə bilmirəm
Futbolçu karyerasını başa vuran Kevin Kampl qardaşının vəfatından sonra həyatının ən ağır dövrünü yaşadığını bildirib.
Publika.az xəbər verir ki, “Leypsiq”in sabiq üzvü müsahibəsində ailə faciəsinin yeganə problem olmadığını, atasının səhhətinin də ciddi narahatlıq doğurduğunu açıqlayıb. “Son iki yarım ay həyatımın indiyə qədərki ən pis dövrü olub”, – 35 yaşlı Kampl “Bild” nəşrinə deyib.
O, ilin əvvəlində ailəsinin yanında olmaq üçün “Leyptsiq”lə müqaviləsini ləğv edib və peşəkar karyerasını başa vurub. Buna səbəb isə oktyabrın 22-də ürək tutmasından vəfat edən böyük qardaşı Sekinin qəfil ölümü olub.
Kampl acı xəbəri aldığı ilk saatları da xatırlayıb. Ailə üzvləri Səki ilə əlaqə yarada bilmədikdən sonra o, dərhal Zolingenə yollanıb. “Xəstəxanaya getdim. Orada çöldə 100-ə yaxın köhnə dost dayanmışdı və mən Seki ilə vidalaşa bildim. Bir həftə əvvəl Mayorkada qol-qola ad gününü qeyd etdiyin qardaşını orada uzanmış halda görürsən. Ayağının altından yer çəkilir”.
O bundan bir neçə həftə sonra futbolu tərk etmək qərarına gəlib: “Mətbəxdə həyat yoldaşımla oturmuşduq, bir-birimizə baxdıq və dedik ki, evə qayıtmalıyıq”.
Buna səbəb isə atasının ağır xəstə olmasıdır.Qardaşının ölümündən az əvvəl Kamplın atası reanimasiyada olub. “Onun artıq bir neçə insultu olub və başqa ciddi problemləri var. Hazırda yenidən çoxlu qan itirir. Amma xəstəxanaya qayıtmaq istəmir. İndi ona anam baxır. Əvvəllər bunu Seki edirdi. Anam üçün də bu çox çətin vəziyyətdir. Son bir neçə ayda sanki on il qocalıb”.
Kampl qeyd edib ki, əvvəllər ailədə əsas yük qardaşının üzərində olub:
“Qardaşım mənim üçün hər şey idi. Atam, ən yaxın dostum, yol göstərən mentor idi. Hər gün qardaşımın məzarına gedirəm və hələ də bunu tam dərk edə bilmirəm. Bəzən elə bilirəm ki, indi küncdən çıxıb gələcək”.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək











.jpg)



























