Region
Rusiyalı səfirin qətli: Türkiyə təşkilatçını gizlədən ölkənin adını açıqladı
İnterpol Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Cemal Karaatanın Türkiyəyə ekstradisiyası ilə bağlı fəal mübarizə aparmır. Baxmayaraq ki, Türkiyə hüquq-mühafizə orqanları onun yeni adını və yaşayış yerini müəyyən ediblər və bu məlumatları Kanadadakı həmkarlarına ötürüblər.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Engin Özer “RİA Novosti”yə bildirib.
Əvvəllər Karaatanın Kanadada yaşadığı, yeni Salih Ada adını götürdüyü və praktik psixoterapevt kimi qeydiyyatdan keçdiyi müəyyən edilmişdi. Lakin o, təhlükəsizlik xidmətlərində qeydiyyatdan keçməmişdi. Agentliyin mənbəsinə görə, Kanada hakimiyyətinin Karaatanı ekstradisiya etməkdən imtina etməsi ciddi suallar doğurur.
Özer əlavə edib ki, bir qayda olaraq, Qərb respublikada qadağan olunmuş FETÖ təşkilatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşlarını onlara siyasi qaçqın statusu verdiyini iddia edərək ekstradisiya etmir.
"Lakin bu halda söhbət siyasi fəaliyyətdən deyil, qətlə təhrik ittihamlarından gedir. Ankaranın fikrincə, inandırıcı dəlillər bazası var, lakin İnterpol heç bir tədbir görmür", - türkiyəli politoloq vurğulayıb.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 20 dekabr 2016-cı ildə Ankarada keçirilən foto sərginin açılışında sui-qəsdə uğrayıb. 22 yaşlı Mövlud Mert Antintaş diplomatı silahla kürəyindən bir neçə dəfə vurub. Təhlükəsizlik qüvvələri silahlı şəxsi tez bir zamanda zərərsizləşdirib.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































