Nida Xəbər
Təyyarə qəzasını araşdıran komissiyanın iclası keçirildi: bu işlər görüləcək - FOTO
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Bakı-Qroznı təyyarəsinin qəzasını araşdırmaq üçün gələn 17 beynəlxalq ekspertin iştirakı ilə görüş keçirib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Karabayevin rəhbərlik etdiyi istintaq komissiyası qəzanın səbəbini müəyyən etməli və gələcəkdə oxşar hadisələrin qarşısının alınması üçün tövsiyələr hazırlamalıdır.
"Komissiya iş planını müəyyənləşdirdi. Belə ki, komissiya üzvləri hadisə yerinə baş çəkəcək, təyyarə elementlərinin toplanması üçün anqara baxış keçirəcək və təyyarə elementlərinin toplanmasına başlanma tarixi ilə bağlı birgə qərar qəbul edəcəklər”, - məlumatda deyilir.
Komissiya Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının tərkibinə daxildir.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 67 nəfərdən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.
Qazaxıstanda hadisənin necə baş verdiyini tam aydınlaşdırmaq üçün komissiya yaradılıb. Təhqiqata 17 beynəlxalq ekspert cəlb edilib. İstehsalçı şirkətdən (Embraer) 2 nəfər, Azərbaycandan isə 6 nəfər ekspert komissiyanın işində yer alır.
Akqabay
-
Sosial22:42DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
-
Hadisə20:42Şamaxıda PARTLAYIŞ oldu: xəsarət alan var - VİDEO
-
Sosial19:37Saxta kredit və kampaniya təklifləri ilə bağlı XƏBƏRDARLIQ
-
Magazin118:48Nəsrindən Yeni il fotosessiyası
-
Hadisə18:36Bakıda doqquzmərtəbəli binada YANĞIN: Tüstüdən zəhərlənən var
-
Sosial16:15Minlərlə insan bayram günü buna görə qazsız qalıb
-
Nida Xəbər 15:45Adnan Əhmədzadənin sərvəti açıqlandı
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

















.jpg)











.jpg)






