Sosial
DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir. Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?
Publika.az xəbər verir ki, Konkret.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev danışıb. O bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.
Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:
“Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir”.
Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.
Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3–4 gün müddətinə tətilə buraxılması, dərslərin 1–2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.
“Xüsusilə, dağ kəndlərində yollar buz bağlayarsa və gediş-gəliş mümkün olmazsa, həmin ərazilərdə tədris prosesinin dayandırılması mütləq həyata keçirilməlidir”, – deyə o, əlavə edib.
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir



































