Nida Xəbər
"Biz həm də Ermənistan xalqı ilə sülh bağlayırıq"
“Tramp administrasiyası sülh gündəliyimizə böyük sədaqət nümayiş etdirib. Təqdir edilməli olan şey Trampın dərhal qarşılıqlı münasibəti və tam iştirakıdır”.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post”a deyib.
Dövlət rəsmisi təəssüflə qeyd edib ki, Azərbaycan Bayden və Blinken administrasiyası ilə çoxlu anlaşılmazlıq yaşadı və onlar münasibətlərə xeyli ziyan vurdular.
H.Hacıyev əlavə edib ki, Donald Trampın birinci səlahiyyət müddəti ərzində administrasiya Xəzər qazının Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropa bazarına çatdırılmasında mühüm rol oynayıb.
Nəşrin məqaləsində bildirilib ki, Azərbaycan neft məhsullarının ixracı və Ermənistan bazarlarına taxıl daşınmasını asanlaşdırmaqla Ermənistanla iqtisadi qarşılıqlı asılılığı gücləndirir.
“Bu, simvolik görünə bilər, amma simvolizmlə yanaşı, həqiqətən də vacib geosiyasi mənalar da var. Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə sülh bağlayırıq” – Hikmət Hacıyev məsələyə münasibət bildirib.
Prezident köməkçisi onu da bildirib ki, əsrlər boyu müsəlman icmaları ilə yanaşı yaşayan yəhudi icmalarımız, xristian icmalarımız da var:
“Bu, bizim ənənəmizdir, kimliyimizdir. Sülh gündəliyimiz üçün daha güclü qətiyyətimiz var və Tramp administrasiyasının tam dəstəyinə sahibik”.
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ2 Aprel 19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi

















.png)


















