İdman
Nəhənglər onu “ovlamaq” istəyir: “Milan” hansı addımı atacaq?
“Yuventus”, “Çelsi” və “Mançester Yunayted” “Milan”ın fransalı qapıçısı Mayk Menyanla maraqlanır.
Publika.az xəbər verir ki, lakin “rossoneri” əsas qolkiperi üçün yeni müqavilə təklifi hazırlayır. Bu barədə “Calciomercato” məlumat yayıb.
“Milan” rəhbərliyi 2026-cı ilin iyulunda müqaviləsi başa çatacaq komandanın əsas qapıçısı ilə əməkdaşlığın uzadılması istiqamətində işi aktivləşdirib. Yaxın keçmişdə tərəflər arasında müəyyən gərginlik olsa da, hazırda vəziyyət sabitləşib və klub qətiyyətli mövqe nümayiş etdirir.
İdman direktoru İqli Tare futbolçunun nümayəndələri ilə əlaqələri gücləndirib və bu, vacib görüşün razılaşdırılmasına imkan verib. Danışıqların yanvarın 2-də keçirilməsi planlaşdırılan “Kalyari” ilə matçdan dərhal sonra baş tutacağı gözlənilir.
“Rosseneri” fransalı qapıçıya maaşının əhəmiyyətli dərəcədə artırılmasını təklif etməyə hazırdır. Yeni müqavilədə illik sabit məbləğ 5,5 milyon avro nəzərdə tutulur ki, bu da Menyanın hazırkı maaşından təxminən iki dəfə çoxdur.
Bundan əlavə, komanda hədəflərinə – məsələn, A Seriyasında çempionluq və ya Çempionlar Liqasına vəsiqəyə çatıldığı halda 1 milyon avroya qədər bonuslar da müqaviləyə daxil ediləcək. Klubda bu təklifin futbolçunun statusuna uyğun olduğu düşünülür, baxmayaraq ki, Menyan üçün maliyyə məsələsi yeganə amil deyil.
Menyan hələlik heç bir klubla növbəti mövsüm üçün azad agent kimi keçid barədə razılığa gəlməyib. Onunla maraqlanıan klubların heç biri hələ heç biri razılıq almayıb.
Bu mövsüm 30 yaşlı Mayk Menyan “Milan”ın heyətində 19 matçda iştirak edib, 16 qol buraxıb, 8 oyunda qapısını toxunulmaz saxlayıb.
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)

























