Nida Xəbər
Bunu quşlarla, qaz balonu ilə bağlamaq ağılsızlıq və vicdansızlıqdır - İlham Əliyev
“Qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
"Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır. Çünki xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır", - deyə dövlət başçısı vurğulayıb.
-
Avropa10:12
Zelenskidən Rusiya ilə bağlı ÇAĞIRIŞ: Moskvanı buna məcbur edin!
-
Hadisə09:48
Sabirabadda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
-
Magazin109:24
Günayın bordo tərzi - FOTO
-
Magazin107:30
Sevda ilk dəfə kiçik qızını göstərdi - FOTO
-
Sosial04:44
Bakı sakininə qaza görə 12 min manat borc gəldi - VİDEO
-
Magazin101:00
"W-trio" 20 ildən sonra bir arada - VİDEO
-
Sosial00:00
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artdı
-
İdman31 Dekabr 2024 23:30
Uşaq nə vaxt dünyaya gələcək? - Sevgilisi açıqladı