Dünya
2024-cü il proqnozu düz çıxan nəşrdən 2025 mesajı: Dünyada elə hadisələr olacaq ki...
“Financial Times” bir sıra əsas məsələlər üzrə 2025-ci il üçün proqnozunu verib.
Publika.az xəbər verir ki, digər nəşrlərdən fərqli olaraq, FT oxucunu təəccübləndirməyə və ya şoka salmağa çalışmır, vəziyyətin ən real inkişafını təklif edir. Məsələn, ötən ilin sonunda qəzet 2024-cü il üçün 22 bəndlik proqnoz dərc edib və cəmi 3 səhvə yol verib.
Əsas məqamlardan biri də “Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi bağlanacaqmı?” sualının cavabıdır. Nəşr cavab verir: “Bəli”. Eyni zamanda, FT hesab edir ki, Donald Tramp Rusiyanı yeni sanksiyalarla hədələyəcək və Kiyevə dəstəyi artıracaq. Həmçinin Vladimir Zelenskini Rusiyanın ərazi üzərində faktiki nəzarətini tanımağa məcbur edəcək. Ukrayna NATO-ya qəbul edilməyəcək, lakin bu məsələ qeyri-müəyyən müddətə dayandırılacaq.
Bundan əlavə, Trampın tammiqyaslı tarif müharibəsinə başlayacağı və ilin sonuna qədər ABŞ idxalının ən azı yarısına 10% tarif tətbiq edəcəyi proqnozlaşdırılır.
Nəşr həmçinin qeyd edir ki, bitkoin 2025-ci ildə 200 min dollara çatacaq. Emmanuel Makron prezidentliyini qoruyub saxlayacaq, Donald Tramp və İlon Mask mübahisə etməyəcək, İsrail və ABŞ İranın nüvə obyektlərinə zərbə endirməyəcək.
Və nəhayət, nəşr hesab edir ki, 2025-ci ildə insanların istifadə etməyə başlayacağı süni intellekt agentləri olacaq.
Adəm Abbaslı
-
Ekopublika.az06:16Maaşlarla bağlı ŞAD XƏBƏR
-
İdman05:15LGBT ilə bağlı Misirdən etiraz gəldi: İran susur
-
Qoroskop02:00Günün ulduz falı: Xoş xəbər alacaqsız
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanovdan məğlubiyyətə reaksiya
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ



























.jpg)






