Nida Xəbər
Qərbi Azərbaycan İcmasının 2025-ci ildə əsas hədəfləri AÇIQLANDI
Yola salmağa hazırlaşdığımız il heç də ötən illərdən geri qalmadı. İstər Cənubi Qafqaz, istər Yaxın Şərq, istərsə də Qərb dünyası bir çox təlatümlər, silahlı qarşıdurmalar, etirazlara səhnə oldu.
Bu cür çətin qlobal vəziyyətdə isə istədiyini ala bilmək uzun-uzun aparılan uğurlu siyasi fəaliyyətin nəticəsidir. Buna Azərbaycanla Ermənistan arasında yaşananlar kontekstindən də baxmaq mümkündür. Vətən müharibəsindəki qələbəmizin davamı kimi hazırda tək hədəfimiz sülh müqaviləsinin imzalanması olsa da, Qərbi Azərbaycandan deportasiya edilən minlərlə vətəndaşımızın da taleyini düşünürük.
Bu mənada Qərbi Azərbaycan İcmasının (QAİ) gördüyü işlər də önəmli rol oynayır. Fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas tutan Qərbi Azərbaycan İcması beynəlxalq arenada geniş iş aparır.
QAİ-nin sözçüsü Ülviyyə Zülfiqar bildirib ki, cari ildə İcma tərəfindən 120 bəyanat, mətbuat üçün 25 məlumat dərc olunub. Ülviyyə Zülfiqar UNESCO-ya iki dəfə ard-arda müraciət ünvanladığını xatırladıb:
"Müraciətdə UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərilmisini istəmişdik. UNESCO məsələni nəzərdə saxlayacağını bildirsə də, Ermənistan tərəfi hələ də buna icazə vermir".
Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik böyük bir dövrü əhatə edir. Etnik təmizləməyə məruz qalan, yurd-yuvasını tərk etməyə məcbur edilən bu insanların əksəriyyəti Azərbaycanda yaşayır. Lakin dünyanın müxtəlif ölkələrinə köçənlər də az deyil.
Bəs İcmanın bu insanlarla kommunikasiyası hansı vəziyyətdədir?
Ülviyyə Zülfiqarın sözlərinə görə, QAİ-nin əsas məqsədi Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasıdır:
"Lakin bununla bağlı Ermənistan tərəfinə etdiyimiz müraciətə hələ də cavab verilmir. Əksinə, diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün bəzi uydurma iddialar irəli sürürlər".
İcma sözçüsü əlavə edib ki, QAİ beynəlxalq fəaliyyətlə yanaşı, daxili fəaliyyətdə də çox aktivdir: "İcmanın artıq bəzi xarici ölkələrdə nümayəndəlikləri var və bu nümayəndəliklərin sayını artırmağa davam edirik. Dünyanın bir çox ölkələrində (Türkiyə, Avropa, ABŞ və s.) yaşayan Qərbi azərbaycanlılarla əlaqələrimizi daha da sıxlaşdırmağa çalışırıq".
Daha ətraflı Baku TV-nin süjetində:
-
İdman01:35
“Yunayted” “satqın”ı axtarır: məlumatları sızdırıb
-
Qoroskop00:35
Günün qoroskopu: keçmişdəki məsələlər yenidən gündəmə gələ bilər
-
Magazin23 Yanvar 22:40
"Qurani-Kərim"ə hörmətsizlik edən bloqer saxlanıldı - Foto
-
Nəqliyyat3 Yanvar 22:00
AZAL-ın təyyarəsi Həştərxan üzərində təhlükə ilə üzləşib? - Rəsmi açıqlama
-
Hadisə3 Yanvar 21:40
İlin ən maraqlı 7 astronomik hadisəsi: İlki bu gecə baş verəcək
-
Digər3 Yanvar 19:56
Günəşdə güclü PARTLAYIŞ
-
Magazin13 Yanvar 19:44
Azər Baxşəliyevə böyrək köçürüləcək?
-
Art3 Yanvar 19:20
Məşhur yazıçı vəfat etdi