Tarix
II Yelizaveta gözü önündəki sovet agentindən xəbərsiz olub: Tarixi FAKTLAR AÇILIR
Britaniyanın kəşfiyyat agentliyinin məxfi sənədləri göstərir ki, kraliça II Yelizavetta doqquz il ərzində kral casusluğu barədə məlumatlandırılmayıb. Sənədlər göstərir ki, monarxa yalnız 1973-cü ildə Entoni Blantın Sovet agenti olduğu deyilib, baxmayaraq ki, o bunu 1964-cü ildə etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Bildirilir ki, mərhum Kraliça II Yelizavetaya təxminən 10 il, kraliçanın fotoşəkillərinin müəllifi və kral ailəsinin üzvü Entoni Blantın SSRİ agenti olduğunu etiraf etməsi barədə məlumat verilməyib.
Gizli sənədlər şöbəsinin o zamankı baş direktoru Maykl Henli 1972-ci ilin noyabrında yazır ki, sarayda bunu yalnız monarxın şəxsi katibi Martin Çarteris və onun müavini Filip Mur bilirdi.
Çarteris kraliçanın xəbəri olmadığını və “indi bunu ona deməyin mənası yoxdur” deyə düşünürdü. Blant 65 yaşında tutduğu vəzifədən getməyi planlaşdırırdı. Çarteris Kraliçanın Blantdan heç də məmnun olmadığını bilirdi.
1971-ci ildə Daxili İşlər Nazirliyi Henliyə Blant haqqında "Kraliçanın şəxsi həyatı haqqında heç nə bilmədiyini" söyləyib.
"Mən dedim ki, o ölümündən sonra qəzetlərdən çox şey öyrənə bilər", - Henli istehza ilə qeyd edib.
"The Guardian"ın yazdığına görə, 1983-cü ildə 75 yaşında vəfat edən Blant, Kembric Universitetində oxuyarkən Sovet kəşfiyyatında işləməyə başlayan Kim Filbi, Donald Maklin, Qay Burqess və Con Kernkross ilə birlikdə "Kembric Beşliyi"ndən biri idi.
Qeyd edək ki, material Londonun cənub-qərbindəki Kyu şəhərindəki Milli Arxivdə MI5-in işi ilə bağlı sərginin yaz açılışı ərəfəsində dərc olunacaq. “The Guardian” yazır ki, eksponatlar arasında Blantın müsahibəsinin canlı təsviri və Filbinin 1963-cü ildə etirafı ilə bağlı ilk məlumat olacaq.
Adəm Abbaslı
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











