Nida Xəbər
Tehrandakı səfirliyimizə terror hücumundan iki il ötür
Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür.
Publika.az xatırladır ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
İnformasiyaya əsasən, məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Onlar edamın icrasını tələb etdikləri halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
-
Dünya19:00
Türkiyədə daha bir hotel YANIR - VİDEO
-
Dünya18:00
Alimlər şokda: Yerdən 100 min kilometr uzaqda bu səslər eşidildi
-
Sosial17:13
MN-in hərbi qulluqçularının maaşları BU QƏDƏR ARTIRILDI
-
Nida Xəbər 16:57
Samir Şərifova yeni vəzifə verildi
-
Sosial15:02
Yanvarın 29-da Azərbaycanda iş olmayacaq
-
İdman14:36
Özbək Mançesterə gedir, azərbaycanlı isə Şamaxıya qayıdır: - ŞOK SƏBƏBLƏR
-
Dünya14:18
Bu nəhəng ölkə Trampın hədəfində: Ələ keçirsə, bütün qitəni itirəcək
-
İdman13:48
Heyrətamiz eşq hekayəsi: Suares ona qovuşmaq üçün görün nələr edib - FOTOLAR