XİN ABŞ-a başsağlığı verdi
Bizi izləyin

Nida Xəbər

XİN ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm