Nida Xəbər
"Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir"
.jpg?v1758683436)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Yuta Senatının prezidenti Stüart Adams, "Stirling" Fondunun rəhbərliyi və Yuta ştatından olan yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Görüşdə Ceyhun Bayramov "Stirling" Fonduna Azərbaycanla uzunmüddətli əməkdaşlığa görə təşəkkürünü bildirib.
Nazir Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsini vurğulayaraq ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğunu qeyd edib.
Ceyhun Bayramov həmçinin "Stirling" Fondunun Azərbaycanın azad edilmiş ərazilərində humanitar minatəmizləmə sahəsində fəal iştirakını yüksək qiymətləndirib. O bildirib ki, bu dəstək yalnız insan həyatını xilas etmir, həm də beynəlxalq münasibətlərdə əməkdaşlığı və qarşılıqlı anlayışı dərinləşdirir.


-
İdman06:46
Qiyməti qalxacaq: Qvardiola türk futbolçunu o qədər təriflədi ki…
-
Magazin106:16
İlk dəfə eşq iddialarına cavab verdi
-
Magazin104:14
Dua Lipadan yeni açıq-saçıq FOTOLAR
-
Magazin202:12
Məşhur kino ulduzu 87 yaşında vəfat etdi - FOTO
-
Nəqliyyat00:27
Yük maşını Bakıda böyük tıxac yaratdı - FOTO
-
Qoroskop00:08
Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz.
-
İdman23 Sentyabr 23:24
Nailə Nəcəflinin toyudur - VİDEO
-
Sosial23 Sentyabr 23:12
Yevlaxda BƏDBƏXT HADİSƏ: ata 4 yaşlı oğlunu...