Melaniya Tramp Zelenskaya ilə görüşməkdən İMTİNA ETDİ
Bizi izləyin

ABŞ

Melaniya Tramp Zelenskaya ilə görüşməkdən İMTİNA ETDİ

Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya və Ukrayna lideri Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya arasında ikitərəfli görüş olmayacaq.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" ABŞ-ın birinci xanımının baş müşaviri Mark Bekmana istinadla məlumat yayıb.

"Zelenskaya görüş təşkil etmək üçün bir neçə dəfə Melaniya ilə əlaqə saxlayıb. Amma ikitərəfli görüş olmayacaq, rəsmi heç nə olmayacaq", - o deyib.

Bekman qeyd edib ki, Melaniya Tramp çox nəzakətlidir, ona görə də o, Zelenskaya ilə salamlaşmağı planlaşdırır, lakin ətraflı söhbətə getməyəcək.

Sentyabrın 23-də Ukrayna lideri, ABŞ Prezidenti Donald Trampla BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıb. Ağ Ev nümayəndəsinin sözlərinə görə, danışıqlar təxminən bir saat davam edib. ABŞ lideri Zelenski ilə görüşdə Ukraynadakı münaqişənin uzun müddət davam edə biləcəyini bəyan edib və Rusiyanın əhəmiyyətli hərbi gücünü qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm