Nida Xəbər
Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşdü

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirib.
Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

-
Digər21:09
Yer kürəsi üçün "görünməz" TƏHLÜKƏ - Alimlər xəbərdarlıq etdi
-
Hadisə19:00
İmişlidə toyda 20 nəfər zəhərləndi - Yeniləndi
-
Nəqliyyat18:10
Bakıda axşam tıxacı
-
İdman17:07
Əfsanə özünə yeni sevgili tapdı: Aralarında 38 yaş fərq var - FOTOLAR
-
Nida Xəbər 16:42
İlham Əliyev və xanımı rəsmi qəbulda iştirak etdi
-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!