Nida Xəbər
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb.
Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.
Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.

-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO
-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO