Nida Təhlil
Paşinyanın mesajı: Üç prezident Qarabağın işğalına görə cəzalandırılacaq
Ermənistanın baş naziri Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanı erməni əsgərlərini başqa ölkənin ərazisində döyüşə göndərməkdə günahlandırıb.
Publika.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında bununla bağlı yazıb.
“Kim Levon Ter-Petrosyana qanunla icazə verib: Alma-Ata Bəyannaməsi qəbul edildikdən və ratifikasiya olunduqdan sonra 18 yaşlı erməni əsgərlərini Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda yerləşdirsin?!”, - erməni baş nazir qeyd edib.
Paşinyan bununla Qarabağda işğal faktını və işğal dövründə Ermənistan ordusunun hərbçilərinin Azərbaycan ərazisində qanunsuz yerləşdirildiyini tanıyır. Erməni baş nazirin bu etirafı Bakı-İrəvan sülh razılaşmalarının məntiqi davamıdır. Bu etiraf bir sualı da önə çıxarır: Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş və işğal dövründə qanunları pozmuş Ermənistanın keçmiş prezidentləri – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan hakim qarşısına çıxarıla bilərmi?
Qarabağda hərbi cinayətlər törətmiş şəxslərin bir qismi hazırda Bakıda məhkəmə qarşısına çıxarılıb. Lakin Xocalı soyqırımı da daxil olmaqla azərbaycanlılara qarşı törədilən hərbi cinayətlərə rəhbərlik etmiş şəxslər – Ter-Petrosyan, Koçaryan və Sarkisyan hələ də cəzasız qalıb. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bu şəxslərin cəzalandırılacağını dilə gətirsə də, bunun praktikada necə baş verəcəyi sual altındadır. Çünki bu şəxslər Ermənistanın prezidentləri olub və onların Qarabağdakı cinayətlərə görə həbsi rəsmi İrəvanın bütün törədilənləri qəbul etməsi deməkdir. Digər tərəfdən, rəsmi İrəvanın adıçəkilən şəxsləri Azərbaycana təhvil verməsi Ermənistan daxilində siyasi böhrana səbəb ola, eləcə də onları dəstəkləyən kənar qüvvələrin müdaxiləsinə zəmin yarada bilər.
Paşinyanın açıqlaması isə Qarabağda hərbi cinayətlər törətmiş keçmiş prezidentlərin məhkəmə qarşısına çıxarılması perspektivini gücləndirir. Erməni baş nazir “Ermənistan əsgərlərinin başqa ölkəyə məxsus torpaqlara göndərilməsinin qanunları pozmaq olduğunu” bildirir. Bu o deməkdir ki, Qarabağda hərbi cinayətlərin əsas müəllifləri – Ter-Petrosyan, Koçaryan və Sarkisyan həm də Ermənistan qanunlarını pozub. İstisna deyil ki, Paşinyan hakimiyyəti keçmiş prezidentləri bu məsələyə görə məhkəmə qarşısına çıxara bilər. Bunun gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasından sonra baş verə biləcəyi mümkün versiyadır.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






