Nida Xəbər
Ermənistanı qorxudan yeni texnika: Ordumuza "Nora-B52 NG" gəlir
Serbiyanın “Yugoimport” şirkəti Belqradda keçirilən “Partner 2025” beynəlxalq müdafiə sərgisində ən yeni nəsil özüyeriyən artilleriya sistemi Nora-B52 NG-ni təqdim edib.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, tədbir çərçivəsində təqdim olunan bu sistemin Azərbaycan Ordusu üçün nəzərdə tutulduğu bildirilir.
Məlumata görə, Azərbaycan 2024-cü ilin əvvəlində 48 ədəd Nora-B52 NG artilleriya sistemi üçün sifariş verib. Təchizatlar hazırda davam edən sınaq və sertifikatlaşdırma mərhələlərinin tamamlanmasından sonra 2025-ci ilin sonuna qədər planlaşdırılır.
Yeni artilleriya sistemi yüksək texniki göstəriciləri və müasir döyüş meydanına uyğun imkanları ilə seçilir. Nora-B52 NG Çexiya istehsalı olan Tatra Force 8×8 şassisində yerləşdirilib və bu da ona çətin relyef və yol şəraitində yüksək keçid qabiliyyəti qazandırır. Qurğunun atəş məsafəsi adi mərmi ilə 40 km, aktiv-reaktiv sursatla isə 52 km-ə qədərdir. Sistem dəqiqədə 6 atəş tempinə malikdir.
Avtomatlaşdırma səviyyəsinin artırılması sayəsində artilleriya qurğusunun idarə heyəti cəmi 3 nəfərdən ibarətdir. Yükləmə, nişanlama və atəş əməliyyatlarının əhəmiyyətli hissəsi avtomatik rejimdə həyata keçirilir ki, bu da həm döyüş şəraitində sürəti artırır, həm də insan faktorunun təsirini minimuma endirir.
Erməni mətbuatı bu xəbəri bir qədər həsəd və qorxu ilə paylaşıb. Bununla belə, Azərbaycan üçün bu məlumat qürurvericidir, çünki ordunun texniki imkanlarının güclənməsi ölkənin müdafiə potensialının artması deməkdir. Ekspertlər hesab edirlər ki, Nora-B52 NG kimi yüksək texnologiyalı artilleriya sistemlərinin əldə edilməsi Azərbaycanın müdafiə strategiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu silahlanmanın məqsədi artıq yalnız Ermənistanla məhdudlaşmır. Yeni nəsil artilleriya sistemlərinin alınması Azərbaycanın müasir müharibə şəraitinə uyğun hərbi potensialını yüksəltmək, regional güc balansında strateji üstünlüyünü möhkəmləndirmək və təhlükəsizlik çağırışlarına çevik reaksiya vermək məqsədlərinə xidmət edir.
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu




















.png)















