Nida Xəbər
Sahibə Qafarova PAİ Baş katibi ilə görüşdü

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş katibi Martin Çunqonq ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri məmnunluqla xatırlayaraq bu kimi təmasların təşkilat və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.
Söhbət zamanı bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.
Görüşdə prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir olunaraq Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.
-
Avropa01:41
Luvr Muzeyindəki qarətlə bağlı iki versiya - Məqsəd nə olub?
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi qərarlar gündəmə gələ bilər
-
Sosial19 Oktyabr 23:48
“Bəlkə hiss edirlər ki, qızları gəlir...” - VİDEO
-
Sosial19 Oktyabr 23:24
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
-
Magazin119 Oktyabr 22:48
“Bunu özüm haqqında deyə bilmərəm” - VİDEO
-
Nida Xəbər 19 Oktyabr 22:24
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
-
Magazin119 Oktyabr 20:36
Emin atası və övladları ilə - FOTO
-
Art19 Oktyabr 20:00
Əməkdar artistin SON VƏZİYYƏTİ AÇIQLANDI