Sosial
Bu rayonda erkən nikahın qarşısı alındı

Hacıqabul rayonun Meyniman kəndində 23 yaşlı şəxslə 16 yaşına yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a bildirilib ki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Bir daha diqqətə çatdırılıb ki, qanunvericiliyinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır və belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuz addımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətlə yanaşmalıdır.
-
MDB04:14
Yeniyetmə kompüter arxasında dünyasını dəyişdi
-
İdman02:12
Prezident ona belə cavab verdi: 20 ildə nə edibsən?
-
Avropa01:41
Luvr Muzeyindəki qarətlə bağlı iki versiya - Məqsəd nə olub?
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi qərarlar gündəmə gələ bilər
-
Sosial19 Oktyabr 23:48
“Bəlkə hiss edirlər ki, qızları gəlir...” - VİDEO
-
Sosial19 Oktyabr 23:24
Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR
-
Magazin119 Oktyabr 22:48
“Bunu özüm haqqında deyə bilmərəm” - VİDEO
-
Nida Xəbər 19 Oktyabr 22:24
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov