Nida Xəbər
Prezidentin Naxçıvandakı yeni nümayəndəsi kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.
Publika.az xəbər verir ki, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirib.
Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək









.jpg)



























