İdman
Türkiyə millisinin baş məşqçisi huşunu itirdi, oyun dayandırıldı - VİDEO
Türkiyənin U-21 millisinin baş məşqçisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığmasına qarşı keçirilən oyunda huşunu itirib.
Publika.az xəbər verir ki, qarşılaşmanın 36-cı dəqiqəsində "ay-ulduzlular"ın futbolçusu Demir Ege Tıknaz qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu qərara etiraz edən baş məşqçi Korkmaz sürüşərək yıxılıb, başı yerə dəyib. O, bundan sonra huşunu itirib.
Məşqçi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və orada özünə gəlib. Baş hakim oyunu dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Bir neçə dəqiqədən sonra qarşılaşma bərpa olunub və oyun Xorvatiya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Türkiyə və Xorvatiya H qrupunda yer alırlar. Bu turdan əvvəl Türkiyə 11 xalla qrupda lider idi, Xorvatiya isə 10 xalla ikinci pillədə qərarlaşmışdı. Bu nəticədən sonra Xorvatiya birinci yerə yüksəlib, Türkiyə isə ikinci sıraya enib.
Heybət
SON DAKİKA | Ümit Milli Takımımızın Teknik Direktörü Egemen Korkmaz, Demir Ege Tıknaz'ın kırmızı kart gördüğü pozisyon sonrasında yere yığıldı.
— Tivibu Spor (@tivibuspor) March 31, 2026
Teknik direktörümüzün ilk tedavisi saha kenarında yapılıyor. pic.twitter.com/rF5fqecv3M
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş













.jpg)
.jpg)






















