Nida Xəbər
Azərbaycanda Baş nazirin birinci müavini istefa ərizəsi yazdı - FOTO
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev istefa ərizəsi yazıb.
Publika.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, noyabrın əvvəlində vəzifədən azad olunması üçün rəhbərliyə müraciət edib.
Hələlik E. Əliyevin ərizəsi qəbul olunmayıb. Bunun əsas səbəbi isə hazırda onun Naxçıvan Muxtar Respublikasının Baş nazirinin səlahiyyətlərini icra etməsidir. Muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov noyabrın 12-də Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyinat alıb.
Naxçıvan Nazirlər Kabinetinin rəhbərliyində isə iki şəxs təmsil olunur: Baş nazir və onun birinci müavini. Hazırda quruma Elşad Əliyev rəhbərlik edir. Muxtar respublikaya yeni Baş nazir təyin olunduqdan sonra onun istefa ərizəsinin qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 12-də Elşad Əliyevin 65 yaşı tamam olub. Onun istefa ərizəsi yazması da dövlət qulluğunda xidmətin son yaş həddinə çatması ilə bağlıdır.
Xatırladaq ki, Elşad Məmmədqulu oğlu Əliyev 1960-cı ildə anadan olub. 2002-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyətinin başçısı, 2013-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrində işləyib. 2018-ci ildə muxtar respublika Baş nazirinin birinci müavini təyin olunub. Bununla bağlı sərəncamı Naxçıvan Ali Məclisinin o zamankı sədri Vasif Talıbov imzalayıb.

-
Hadisə11:20Ölkəyə fotoaparat və telefonda qızıl külçələr keçirməyə çalışdılar - FOTO
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi



































