Yaxın Şərq
Bu ölkələr ABŞ-dan tələb edirlər: Dayanma, İranı yerlə-yeksan et
Körfəz ölkələri əvvəlcə ABŞ-ın İrana qarşı müharibəyə qoşulmasını istəməsələr də, indi onların bir çoxu Vaşinqtonu geri çəkilməməyə çağırır.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fars körfəzi ölkələrindəki üç hökumət mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, region liderlərinin mövqeyindəki dəyişiklik İranın ABŞ və İsrailin zərbələrinə verdiyi cavabla bağlıdır. Körfəz ölkələri hesab edir ki, əgər İranın silah ehtiyatları və hərbi-sənaye obyektlərinin bir hissəsi salamat qalsa, Tehran regionun enerji resurslarını daim təhdid altında saxlaya bilər.
Mənbələrin sözlərinə görə, hazırda İranın Hörmüz boğazını bloklaması və qonşu ölkələrdəki obyektlərə zərbələr endirməsi region dövlətlərini ciddi narahat edir.
Bu səbəbdən Körfəz ölkələrində artıq belə fikir formalaşıb ki, Vaşinqton İranın hərbi potensialını tam şəkildə zəiflətməlidir.
Eyni zamanda ABŞ da region dövlətlərinə təzyiq göstərir və onları İrana qarşı müharibəyə qoşulmağa çağırır.
Nəşrin məlumatına görə, bunu həm Körfəz ölkələrindəki mənbələr, həm də Qərb və ərəb diplomatları təsdiqləyib.
Adəm
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir














.jpg)
.jpg)

















