Nida Xəbər
93 yox, 100-dən çox: Putinlə Pezeşkian arasında Rəşt-Astara dəmir yolu ilə bağlı mübahisə
İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olaraq Rəşt-Astara dəmir yolunun tikintisi üçün 100 kilometrdən çox torpaq hissəsi alıb.
Publika.az xəbər verir ki, Pezeşkian bu barədə Türkmənistanda bildirib.
“Astara-Rəşt marşrutu ilə bağlı demək istəyirəm ki, biz artıq 100 kilometri (torpaq sahiblərindən - red.) əldə etmişik, hər şeyi etmişik və ilin sonuna qədər hər şeyi bitirəcəyik”, - deyə Pezeşkian bildirib.
Putin aydınlıq gətirib: "Doxsan üç kilometr".
İran prezidenti cavabında bildirib ki, "100 kilometrdən çox - 106 kilometr, biz bu məsələni həftəlik olaraq izləyirik".
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran Fars körfəzi limanlarına çıxışı təmin edəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin bir hissəsi olaraq İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi barədə müqavilə imzalayıblar.
Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Müqaviləyə əsasən, Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsini, tikintisini və təchizatını birgə maliyyələşdirəcəklər. Dəmir yolunun tikintisinə 2026-cı ildə başlana bilər. Hazırda Rusiya Dəmir Yollarının tikintiyə başlaya bilməsi üçün fərdi şəxslərdən və müəssisələrdən torpaq sahəsi alınır. Hər həftə üç kilometr alınır.
Tural
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































