Nida Xəbər
Zahirəddin İbrahimovun məhkəməsi başladı
Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilən Zahirəddin İbrahimovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 16 aprelə təyin edilib.
Qeyd edək ki, Zahirəddin İbrahimov DTX-də başlanılmış cinayət işi üzrə ötən ilin mart ayında həbs edilib.
Müəyyən edilib ki, Zahirəddin İbrahimov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmiş, genişmiqyaslı destruktiv separatçı təşkilatlanma işi aparıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281-1.2 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə nümayiş etdirmə və yayma), 281-1.3 (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və simvolları xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə nümayiş etdirmə və yayma), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






































