İqtisadi gündəm
Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal aviasiya sektoruna birbaşa təsir göstərməyə başlayıb, uçuşların maya dəyəri sürətlə artır.
Publika.az xəbər verir ki, regionda yanacaq təchizatı ilə bağlı risklərin artması Asiya ölkələrində aviaşirkətləri sərt qərarlar verməyə məcbur edib.
Son məlumatlara görə, bir sıra ölkələrdə yanacaq xərclərinin artımı artıq rekord səviyyəyə çatır:
Çinin Xiamen Airlines və China United Airlines şirkətləri həm daxili, həm də beynəlxalq uçuşlarda yanacaq rüsumlarını 6 dəfə artırmağa hazırlaşır;
Cənubi Koreya aviaşirkətləri yanacaq əlavəsini artıq 3 dəfə yüksəldib;
Hindistanın Neft Nazirliyi ölkədaxili reyslər üçün aviasiya yanacağının qiymətinin 25% artdığını açıqlayıb;
Yaponiyada isə beynəlxalq uçuşlarda tətbiq olunan yanacaq əlavələrinin ikiqat artırılması gündəmdədir.
Ekspertlər bildirir ki, bu kəskin artımın əsas səbəbi Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranan gərginlikdir. Bu marşrut dünya enerji daşımalarının əsas arteriyalarından biri sayıldığından, hər hansı risk dərhal qiymətlərə təsir edir.
Mütəxəssislərin fikrincə, yanacaq böhranı davam edərsə, yaxın aylarda:
aviabiletlərin qiyməti daha da bahalaşacaq,
bəzi istiqamətlər üzrə uçuşlar azaldıla bilər,
ucuz səyahət imkanları ciddi şəkildə məhdudlaşacaq. (Musavat.com)
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.jpg)




.jpg)

























