Nida Xəbər
Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edəcək
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyada səfərə gedib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, 14–15 dekabr 2025-ci il tarixlərində keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılır. Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...















.jpg)
.png)


















