Nida Xəbər
"AnewZ" Ruben Vardanyan haqqında sənədli film çəkdi - VİDEO
"AnewZ telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib.
Publika.az xəbər verir ki, "The Oligarch’s Design" maliyyə gücünün, siyasi təsirin və məqsədli şəkildə qurulmuş narrativlərin, münaqişələrin gedişinə və ictimai rəyə necə təsir göstərə bildiyini araşdıran tədqiqat xarakterli sənədli filmdir.
Film Ruben Vardanyanın taleyini mərkəzə alaraq beynəlxalq hesabatlara, açıq mənbələrdən əldə olunan məlumatlara, eləcə də Rusiyanın korporativ və siyasi maraqları ilə bağlı genişmiqyaslı ofşor şəbəkəni ifşa edən və "Troika Laundromat" kimi tanınan əvvəlki araşdırmalara əsaslanır.
Sənədli film Vardanyanın Moskvanın maliyyə elitasından Qarabağdakı siyasi müstəviyə keçid yolunu, o cümlədən 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsini və sonradan tanınmamış separatçı administrasiyada tutduğu rola nəzər salır. Bu prosesləri daha geniş geosiyasi və maliyyə kontekstində təqdim etməklə, film ayrı-ayrı şəxslərin ictimai nəzarətdən kənarda regional sabitliyə necə təsir göstərə bildiyini araşdırır.
Yoxlanılmış mənbələrə və araşdırma materiallarına söykənən "The Oligarch’s Design" hər hansı mövqe bildirməkdən daha çox, hakimiyyət mexanizmlərinin fəaliyyətini sənədləşdirməyi, şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai anlayışın gücləndirilməsini hədəfləyir.
Qeyd edək ki, filmin premyerası və yayımı dekabrın 19-da baş tutacaq.
-
Sağlamlıq14:36Daha bir virus bu ölkəni bürüyür: Müalicəsi yoxdur, ölüm nisbəti dəhşətlidir
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Magazin212:07Keçmiş "VİA Qra"çı elə açıq-saçıq foto paylaşdı ki... - FOTO
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
-
İqtisadi gündəm09:21Hansı sahədə çalışanların pensiyası arta bilər?


































