Nida Xəbər
Dövlət başçısının bu təşəbbüsü rəğbətlə qarşılanır - Samir Vəliyev
“Azərbaycan Prezidenti İlham Əliyevin növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Bu da təsadüfi deyil. Çünki humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də özünün əksini tapir: “Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktları da elan olunur. Cənab Prezidentin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ərməğandır. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bu əməliyyatların keçirilməsinin hüquqi əsaslarını da məhz Konstitusiyamız təşkil edib. Bu gün biz qürurla qeyd edirik ki, ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tətbiq olunur”.
Deputat bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib və onun tətbiqi dairəsi daha da genişləndirilib: “Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda xeyli sayda əfv sərəncamı və amnistiya aktı verilib ki, bunların nəticəsində 10 minlərlə insan azadlığa qovuşub.
Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib”.
Samir Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin budəfəki amnistiya təşəbbüsü miqyası baxımından daha genişdir və 20 mindən çox insanı əhatə edəcəyi gözlənilir: “Əslində, əfv sərəncamı imzalamaq, amnistiya aktı təşəbbüsünü irəli sürmək dövlət başçısının konstitusiya ilə müstəsna hüququdur. Lakin İlham Əliyevin davamlı olaraq belə təşəbbüslərlə çıxış etməsi onun nə qədər humanist, nəcib, xeyirxah insan olduğunu bir daha təsdiqləyir. Çünki hər bir belə təşəbbüs minlərlə ailənin, bütövlükdə cəmiyyətimizin sevincinə səbəb olur”.
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































