Nida Xəbər
Ceyhun Bayramov yeni səfiri qəbul etdi
Xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Mariya Papakonstantinunu qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.
İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpa olunan enerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimada və bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığın önəmi qeyd edilib.
Nazir Ceyhun Bayramov səfiri post-münaqişə dövründə regionda formalaşmış vəziyyət və yeni reallıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 17:14Elşad Abdullayevə hökm oxundu
-
Sosial16:32Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...
-
Avropa13:01Avropa təlaşda: Unudulmuş qorxunc xəstəlik qayıdıb



























