İdman
“Milan” “Fənərbağça”nın liderini hədəfə aldı
“Milan” yanvar transfer pəncərəsində təcrübəli müdafiəçi Milan Şkrinyarı heyətinə qatmaq istəyir.
Publika.az xəbər verir ki, Slovakiya millisinin üzvü hazırda Türkiyənin “Fənərbağça” klubunda çıxış edir.
"TransferFeed"in məlumatına görə, İtaliya klubu Şkrinyarı əsas transfer hədəfi kimi müəyyənləşdirib. Lakin keçidin baş tutma ehtimalı yüksək qiymətləndirilmir. Buna səbəb futbolçunun “Fənərbağça”da komandanın liderlərindən biri olması və mütəmadi olaraq əsas heyətdə meydana çıxmasıdır. Bildirilir ki, həm oyunçu, həm də klub rəsmi təklif daxil olacağı təqdirdə imtina etməyə meyllidir.
Cari mövsümdə 30 yaşlı müdafiəçi 26 oyunda iştirak edib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 7 sarı vərəqə alıb. "Transfermarkt" portalı Milan Şkrinyarın bazar dəyərini 11 milyon avro olaraq qiymətləndirir.
Heybət
-
Nida Xəbər 18:12Ağdamda yeni hotel istifadəyə verildi - FOTO
-
Nida Xəbər 17:14Elşad Abdullayevə hökm oxundu
-
Sosial16:32Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...






.jpg)







.png)












