Sosial
Azərbaycanda bu şəxslərə ikiqat maaş veriləcək
Xəbər verdiyimiz kimi, Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 4 yanvar tarixləri iş günü hesab edilmir. Ancaq bəzi özəl sektorlarda işçilər bu bayram günlərində də işləməli olurlar. Bu halda onlara əlavə ödəniş nəzərdə tutulur.
Publika.az xəbər verir ki, qanunvericiliyə əsasən, bayram günlərində işləyən işçiyə gündəlik əməkhaqqının ən azı iki misli ödənilməlidir.
Belə ki, Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, bayram günlərində vaxtamuzd işləyənlərə gündəlik əməkhaqqının ən azı iki misli, işəmuzd işləyənlərə görülən işə görə ikiqat ödəniş, alıq maaş alanlara isə iş vaxtı norması daxilində işləyiblərsə, maaşdan əlavə bir günlük maaş, normadan artıq işləyiblərsə, maaşdan əlavə iki günlük maaş ödənilməlidir.
Bundan başqa, işçinin razılığı ilə bayram günü görülən işin əvəzinə başqa istirahət günü də verilə bilər.
(Metbuat.az)
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)

























