Dünya
Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsi Rusiyaya qaçdıqdan sonra dəbdəbəli həyat tərzi sürür.
Publika.az xəbər verir ki, “The New York Times” (NYT) nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, Əsəd Moskva şəhərindəki dəbli restoranlardan birində görülüb.
Başqa bir suriyalı mühacir Rusiya paytaxtının ən hündür göydələnində nahar etmək qərarına gəldikdən sonra gördüklərini nəşrlə bölüşüb. O, elit müəssisədə qonaqlar arasında ölkəsinin keçmiş prezidentini tanıyanda təəccüblənib.
NYT məqaləsində qeyd olunur ki, "Əsəd ailəsinin dəbdəbəli mühacirəti Moskvaya uçuşlarının ilk dəqiqələrindən, əvvəlcə şəxsi təyyarələrlə, sonra isə kortejlə başlayıb". Əvvəlcə ailə həftəlik orta qalma haqqının 13.000 dollara çata biləcəyi “Four Seasons” otelində qaldı və daha sonra Federasiya Qülləsindəki iki mərtəbəli bir penthausa köçdülər.
2024-cü ilin sonunda Bəşər Əsəd Rusiyada siyasi sığınacaq aldı və ailəsi ilə birlikdə Moskvada məskunlaşdı.
Tural
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək














.jpg)



















