Nida Xəbər
Moskvadan Zəngəzur dəhlizi ilə bağlı iddia: Ermənistan Rusiyanı günahlandırmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə qədər olan dəmir yolu hissələrinin bərpasına cəlb edilməsini vacib hesab edir ki, daha sonra tənqid halında "günahı başqa yerə daşımaq" fürsəti olasun.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin deyib.
Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə qədər olan dəmir yolu hissələrinin bərpası ilə bağlı Rusiyaya müraciət edib. Bu barədə yanvarın 15-də baş nazir Nikol Paşinyan bildirib. O bildirib ki, bu məsələni artıq Rusiya prezidenti Vladimir Putinlə, eləcə də hər iki ölkə hökumət səviyyəsində müzakirə edib.
Zatulinin sözlərinə görə, ABŞ və Ermənistan arasında qismən açıqlanmış razılaşmalar göstərir ki, bu dəhlizdən qazanc əldə edəcək şirkətin 76%-i ABŞ-a, 24%-i isə Ermənistana məxsus olacaq.
"Bunda başqa heç kim iştirak edə bilməz. Rusiya hansısa funksiyalarda iştirak edə bilər, lakin o, bu şirkətin təsisçiləri və ya səhmdarları sırasında ola bilməz. Bundan sonra Paşinyan bir növ jest etmək, Rusiyanın maraqlarına məhəl qoymaması ilə bağlı tənqidləri yayındırmaq üçün belə açıqlama verdi", - deputat vurğulayıb.
“Ermənistan “günahı” Rusiyanın üzərinə atmaq istəyir” deyən Zatulin xəbərdarlıq edir ki, Moskvanın maraqları İrəvanı qətiyyən maraqlandırmır.
"Biz Azərbaycan və Türkiyəyə bitişik ərazilərdən danışırıq. Paşinyan üçün Rusiyanı bu layihələrə cəlb etmək vacibdir ki, o, hər yerdə Rusiyanın iştirak etdiyini iddia edə bilsin.
Kobud desək, günahı Rusiyanın üzərinə atırlar. Bu, təqribən bizim sülhməramlı kontingentimizlə baş verənlərlə eynidir, əvvəlcə Qarabağa dəvət olunur, sonra isə faktiki olaraq ona məhəl qoyulmur. Biz sadəcə başa düşməliyik ki, Paşinyan bizim maraqlarımıza uyğun hərəkət etmir, o, Qərblə müttəfiqliyə və dostluğa güvənir. Onun təkliflərini dəfələrlə təhlil etmək lazımdır ki, heç bir bəhanə qalmasın”, - deputat bildirib.
Tural
-
Region09:00İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı
-
İdman06:16Almaxanımın mahnısı trendə düşdü
-
Hadisə06:00Binəqədidə güclü yanğın tam söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto




































