Nida Xəbər
İbrahim Hüseynov həbs edildi
2022-2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib.
Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.
Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da, böyük hissəsini verməyib.
Qeyd edək ki, İ.Hüseynov “Güvən” vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən saytımıza bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə Kollegiya üzvlüyündən xaric edilib.
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu
-
Rəsmi xronika10:40İlham Əliyev Gideon Saarı qəbul etdi
-
Nida Xəbər 10:21Cəlil Əhmədov vəzifəsindən azad edildi
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı










.jpg)


























