MDB
Sankt-Peterburqda sarı həyəcan siqnalı verildi
Sankt-Peterburqda donma temperaturu ilə əlaqədar sarı hava xəbərdarlığı elan edilib.
Publika.az xəbər verir ki, bu barədə şəhər qubernatorluğunun mətbuat xidməti "Telegram"da məlumat verib.
"Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, aşağı temperatur səbəbindən Sankt-Peterburqda 26 yanvar saat 12:00-dan 10:00-dək sarı hava xəbərdarlığı qüvvədə qalacaq", - rəsmilər bildiriblər.
Şəhərin bəzi yerlərində temperaturun -20 dərəcəyə düşəcəyi gözlənildiyi üçün hakimiyyət orqanları sakinlərdən xüsusi diqqətli olmalarını xahiş edib.
Sinoptiklər daha əvvəl Rusiyanın böyük bir hissəsində şiddətli şaxtalar barədə xəbərdarlıq etmişdilər. Phobos hava mərkəzinin mütəxəssisi Mixail Leusun RT-yə verdiyi məlumata görə, 25 yanvar gecəsi Oymyakon rayonunda temperatur -50 dərəcəyə qədər düşüb.
Hüseyn İbadlı
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi






































