Dünya
Obama Trampa qarşı çıxdı, xalqı küçələrə çağırdı - ABŞ-da nə baş verir?
ABŞ-ın keçmiş prezidenti Barak Obama Minneapolisdə federal agentlər tərəfindən Aleks Prettinin öldürülməsinə görə Donald Trampı sərt tənqid edib.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında bəyanat yayıb.
Obama mövcud administrasiyanın böhranı daha da qızışdırmağa hazır olduğunu deyib: "Aleks Prettinin öldürülməsi ürəkağrıdan bir faciədir. Bu, partiya mənsubiyyətindən asılı olmayaraq hər bir amerikalıya xəbərdarlıq olmalıdır ki, millət olaraq əsas dəyərlərimiz getdikcə daha çox hücuma məruz qalır".
O, ölkədə bir çox İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının və digər federal agentlərin cəzasız hərəkət etdiyinə inandığını bildirib. Həmçinin Tramp administrasiyasını agentlər arasında qanunsuz metodları təşviq etməkdə günahlandırıb.
"Hər bir amerikalı Minneapolisdə və ölkənin digər yerlərində baş verən dinc etiraz dalğasını dəstəkləməli və onlardan ilham almalıdır", - deyə Obama xalqı etiraza səsləyib.
Qeyd edək ki, yanyarın 24-də 37 yaşlı etirazçı Aleks Pretti Minneapolisdə keçirilən nümayişlər zamanı sərhəd patrul agentləri tərəfindən güllələnərək öldürülüb.
Roza
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO





















.jpg)



.jpg)








.jpg)

