Nida Təhlil
İrana hücum saatı yaxınlaşır - Ankara hazırlığa başladı, Bakı nə edə bilər?
İrana hərbi müdaxilə ehtimalı hələ də yüksək səviyyədədir: Tramp Davosdan qayıdarkən hücum planının aktual olduğunu vurğuladı; ABŞ-ın zərbə qruplarını daşıyan “Abraham Lincoln” gəmisi ilə yanaşı, ən azı altı “C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsini Yaxın Şərqə göndərdiyi haqda məlumat yayılıb, növbəti ay ərzində 24 saat hazırlıq əmrinin verildiyi CENTCOM rəhbəri isə İsrail ordusunun baş qərargah rəisi ilə görüşüb; İsrail mediası bu həftə İrana hücum hazırlığında həlledici dövr olduğunu yazır; “İsrail Hayom” nəşri ABŞ-ın İranda Xamenei də daxil olmaqla potensial hədəflərini açıqlayıb;
Bunun fonunda Türkiyənin İranda mümkün müharibəyə hazırlığı haqda yayılan məlumatlar diqqət çəkir. Məlumatlara görə, müharibə olacağı təqdirdə Türkiyə miqrantların mümkün qədər İran ərazisində saxlanılması məqsədilə sərhəddə “bufer zona” yaratmağı planlaşdırır. Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komissiyasına təqdim etdiyi məxfi hesabatda A, B və C olmaqla üç planın hazırlandığı deyilir.
12 günlük müharibə və son etirazlar zamanı İrandan Türkiyəyə axının olması fonunda Ankaranın hazırlıq planı anlaşılandır. Hadisələrin mümkün inkişafı Azərbaycanın da analoji vəziyyətə hazırlığı zərurətini yaradır. Hərçənd, bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür.
Birincisi, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etmək;
İkincisi, ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaq: 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı;
Soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir.
Asif Nərimanlı
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO
-
Hadisə25 Yanvar 22:12Generalın yerinə təyin edilən Arzu Yusifova İŞDƏN ÇIXARILDI
-
Region25 Yanvar 22:00Türkiyədə zəlzələ baş verdi
-
Cənubi Qafqaz25 Yanvar 20:36Ermənistanda qumbara partladı - Ölənlər var















.jpg)





















